Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər
 

Azərbaycanda işçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan bəzi işlər üzrə tibbi əks göstərişlərin sayı artırılıb.

Trend-in məlumatına görə, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə "İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.

Bu dəyişikliyə uyğun olaraq, uşaq və yeniyetmə (mövsümi) sağlamlaşdırıcı müəssisələrin işçilərinin bu müəssisədə işə başlaması üçün olan tibbi əks göstərişlərin sayı artırılıb. Epilepsiya nəticəsində psixi və davranış pozuntuları, müxtəlif qıcolma və paroksizmal tutmalar bu sahədə çalışma üçün tibbi əks göstəriş olacaq.

İndiyədək onlar üçün tibbi əks göstərişlər xəstələnmə və bakteriya gəzdirmə, qarın yatalığı, paratiflər, salmonellyoz, dizenteriya, himenolipidoz, enterobioz, sifilis yoluxucu dövrdə, cüzam, yoluxucu dəri xəstəlikləri; qoturluq, trixofitiya, mikrosporiya, favus, bədənin açıq sahələrində xoralaşma və sviş verən aktinomikoz, ağciyər vərəminin yoluxucu və destruktiv formaları, svişi olan ağ ciyərdən kənar vərəm, bakteriuriya, üzün və əllərin vərəm qurdeşənəyi, qonoreya (bütün formaları), dərinin irinli xəstəlikləri idi.

Heyvandarlıq təsərrüfatı işləri üzrə çalışanlar üçün də mövcud olan tibbi əks göstərişlərdə dəyişiklik edilib.

Bu dəyişikliyə uyğun olaraq, yeni əks göstərişlər psixiatriya dispanser müşahidəsi tələb olunan psixi pozuntular, o cümlədən mənşəyindən asılı olmayan demensiya (qazanmış ağıl zəifliyi) halı, əqli gerilik (anadangəlmə kəmağılılıq), autizm spektrli pozuntular, üzvi mənşəli psixotik pozuntuları (sağalma və ya tam kompensasiya müəyyən edildikdən sonra 3 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla), şizofreniya, şizotipik pozuntu, sayıqlama (xroniki) pozuntu və şizoaffek­tiv pozuntu (davamlı tam remissiya müəyyən edildikdən sonra 5 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla) və s.-dir.

Dövlət meşə mühafizəsi, meşənin kəsilməsi, daşınması və emalı ilə əlaqədar işlərdə çalışanlar üçün tibbi əks göstərişlərin də sayı artırılıb. Bundan sonra onlar üçün nəzərəçarpan nevroloji simptomatika ilə müşahidə olunan kəllə sümüyünün travmatik deformasiyası və deffekti də bu sahədə işləmək üçün əks göstəriş olacaq.



OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...