"Bu dünyada da, axirətdə də əlim boğazındadır..." - Gülər Əhmədova qarğış yağdlrdı

 

Sabiq deputat Gülər Əhmədova sosial şəbəkə vasitəsilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə çağırış ünvanlayıb.

Sfera.az-ın məlumatına görə, G.Əhmədova bildirib: "Elşad Abdullayev, səninləyəm, hardasan? Niyə səsin batıb? Nə oldu sənin yalanların, iddiaların? Şərəfin, kilişiliyin varsa, öz qadınına cavab ver.

Əlbəttə ki, verməyəcəksən, verə bilməzsən. Allah sənə də, sənə qoşulub bu işi quranlara da lənət etsin! Bu dünyada da, axirətdə də əlim boğazındadır.

Haqqımı ver! Mənə şər atdığını etiraf edəcəksən, inşaALLAH! Mütləq edəcəksən.

Həmin gün səninlə halallaşacağam.

Yalnız həmin gün!Amma hələ ki, elədiklərinizin cəzasını çəkəcəksiniz. Necə ki çəkirsiniz. Allah sənə dəstək verənlərə, bu oyunu quranlara da min lənət etsin! Cəhənnəm bu dünyada da, ötəki dünyada da sizə vacib olsun inşaALLAH!”.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev 2012-ci ildə eks-deputat  Gülər Əhmədovanın ondan 2 milyon dollar rüşvət almasına dair videogörüntü yayımlamaqla böyük bir qalmaqalın əsasını qoymuşdu.

Məhz həmin videolardan sonra G.Əhmədova deputat mandatından imtina etmiş, ardınca onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Hazırda Fransaya sığınmış Elşad Abdullayev isə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 iyun 2014-cü il tarixdə Elşad Abdullayevin Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.

E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında da qərar qəbul edilib.

E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunub.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...