Bakı metrosunda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır

Cəmiyyət
14:28 / 12.09.2019
1505
"Bakı Metropoliteni" QSC daxili fiberoptik şəbəkə infrastrukturunu yaradır.
Sfera.az xəbər verir ki, bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, şəbəkənin yaradılması ilk növbədə metroda hərəkətin təşkili və tənzimlənməsi ilə bağlı infrastruktur məsələlərin həllinə, təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və etibarlılığın artırılmasına yönəlib.