Bakı metrosu yeni qatarlar alacaq

Bakı metrosu yeni qatarlar alacaq
 

"Bakı Metropoliteni” QSC-i gələn il yeni qatarlar alacaq. 

Sfera.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə deyib.

O bildirib ki, istismar müddətinə görə qatarların siyahısına baxıldıqdan sonra gələn il neçə qatarın alınması qərarlaşdırılacaq: "Gələn il üçün yeni qatarların alınması gözlənilir. Sadəcə olaraq hələ alınacaq qatarların sayı bəlli deyil".

Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan "Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında "Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın "Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi. (Report)


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...