Mahirin anası: Evdən bir neçə saatlıq çıxmışdım, mühafizə siqnalını qoşmadım

Mahirin anası: Evdən bir neçə saatlıq çıxmışdım, mühafizə siqnalını qoşmadım
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Sfera.az-ın məlumatına görə, baş vermiş oğurluq hadisəsi ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahir Emrelinin anası Elnurə Emreli ilə əlaqə yaradıb. O, evdən işlə bağlı bir neçə saatlıq çıxdığı üçün mühafizə siqnalını qoşmadığını və nəticədə oğurluq hadisəsi baş verdiyini söyləyib:

"Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar. Bu, evimizin oğurlanması ilə bağlı verdiyim ilk və son müsahibəmdir. Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12:00 radələrində işim olduğu üçün evdən çıxmalı idim. 15:00-a qədər qayıdacağımı bilirdim deyə, mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, mühafizə polisi evdə hərəkətin olduğunu dərhal bilərdi. Mən də tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub".

Anar Mədətov isə redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, oğlu Mahir ona ev məsələsi ilə bağlı heç bir söz deməyib. Onların ailəsində "kupça" məsələsi ilə bağlı mübahisə olmayıb, hazırda isə başları oğurluq məsələsinə qarışıb. Bəzi saytlarda yazılan məlumatlar isə dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, 3 mobil telefon və beş min manatlıq qızıl əşyaları oğurlanıb.

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...