Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü

Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü

Əfqanıstanda fəaliyyət göstərən "Taliban” hərəkatının  başçısi Heybətulla Axundzadənin kiçik qardaşının qonşu Pakistanın cənub-qərb hissəsində İslam mədrəsəsində törədilən bomba hücumu zamanı ölən dörd nəfər arasında olduğu bildirilir.

Hərbi qaynaqlar  "Amerikanın Səsi”nə Əhmədulla Axundzadə kimi tanınan şəxsin Bəluçistan əyalətinin paytaxtı Kvetta yaxınlığındakı Kuçlak bölgəsində seminariya məscidində bomba atıldığı zaman cümə namazı qıldığın təsdiqləyıb.

Əfqanıstanın ABŞ-ın dəstəklədiyi hökumətinə qarşı üsyan edən "Taliban” liderləri və döyüşçüləri üçün gizli sığınacağa çevrilmiş Pakistan əyalətindəki hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Pakistanın regional polis idarəsinin məmuru Əbdül Rəzzaq Çima jurnalistlərə partlayış zamanı ibadət edən 24 nəfərin də yaralandığını bildirib.

Onun dediyinə görə, partlayıcı qurğu namaz duasını oxuyan mollanın kürsüsünün altına qoyulub, partlayışı törətmək üçünsə saat mexanizmindən istifadə edilib. Polis məmuru həlak olanların şəxsiyyətləri barədə məlumat verməyib.

Son vaxtlar Əfqanıstanda hökumətlə "Taliban” arasında sülh danışıqları aparılır, lakin tərəflər razılığa gələ bilmirlər. Əfqanıstan ərazisinin bir hissəsi bu radikal-islamçı hərəkatın nəzarəti altındadır.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...