Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb
Dünya
17:40 / 15.08.2019
2226
Moskvada Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.
APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Kremlin komendantı general-leytnant Sergey Xlebnikov məlumat verib.
Onun sözlərinə görə, aviasiya bombası Kremlin ərazisində torpaq bərkidilən zaman aşkar edilib: "Çar dövründə həmin yerdə buzxana yerləşib. Orada hidroizolyasiya üçün torpağı qazıblar".
Kremlin komendantı bombanın zərərsizləşdirildiyini və məhv edilməsi üçün aparıldığını söyləyib.
Qeyd edək ki, 1941-ci ilin 10-11 avqust tarixlərində İkinci Dünya müharibəsi zamanı atılan bombalardan biri Kremlin Nikolskaya qülləsinin yanına düşüb