Çindən ABŞ gəmilərinə qadağa – Qarşıdurma böyüyür
11:21 / 14.08.2019
1680
Çin hökuməti ABŞ-a məxsus iki hərbi gəminin Honkonq limanına daxil olmasına icazə verməyib.
Bu barədə ABŞ hərbi hava qüvvəllərinin rəsmisi Neyt Kristen bildirib. Kristen əlavə edib ki, Çin hökumətinin bu addımının sbəbləri ona məlum deyil.
Bundan əvvəl Çin hökuməti ABŞ-ı Honkonqdakı etiraz aksiyalarına müdaxilə etməkdə suçlamışdı. Rəsmi Pekin ABŞ diplomatlarının aksiya iştirakçıları ilə görüşünə sərt reaksiya verərək onlardan Honkonqun daxili işlərinə qarışmamağı tələb etmişdi.
Məlumat üçün deyək ki, bir müddətdir Honkonqda ekstradisiya haqqında qanun layihəsinə etiraz olaraq nümayişlər keçirlir.