Moskvada onminlərin mitinqi: HƏBSLƏR VAR

Moskvada onminlərin mitinqi: HƏBSLƏR VAR
Şənbə günü Moskvanın Saxarov prospektində keçirilən icazəli mitinqdə 20 və 49 min arasında insanın iştirak etdiyi bildirilir.

Moskvadaki "Səsvermə Hüququmuzu Bərpa Edək" adlı mitinqlə yanaşı Rusiyanın onlarla digər şəhərlərində də, sərbəst seçkilərə dəstək aksiyaları keçirilibdir.

Rusiya Daxili İşlər Nazirliyi mitinqdə 20 min iştirakçının olduğunu, digər mənbələr isə bu rəqəmin 49 mindən yüksək olduğunu bildirirlər.

BBC News Ruscanın məlumatına görə, Saxarov prospektində bəzi mitinq iştirakçıları saxlanılıb.

Mitinqdən sonra müxalifət liderlərindən biri, Aleksey Navalnının Çelyabinskdəki qərargahının koordinatoru Boris Zolotarevski də saxlanılıb.

Xəbərlərə görə, onun saxlanmasına səbəb, mitinq üçün təyin olunan vaxt sona çatdıqndan sonra mitinq iştirakçılarını "gəzməyə" dəvət etməsi olub.

Aleksey Navalnının qərargahının digər bir koordinatoru, Olqa Quseva isə Sankt Peterburqa saxlanılan altı nəfərdən biridir, Dojd telekanalı bildirib.

Ötən iki həftə baş tutan icazəsiz aksiyalarda 2 mindən çox insan saxlanılıb və 13 nəfərə qarşı cinayət işləri açılıbdır.

OXŞAR XƏBƏRLƏR