Tramp Milli Kəşfiyyat İdarəsinə onu rəhbər gətirir
Dünya
12:30 / 09.08.2019
2209
ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini Milli Antiterror Mərkəzinin rəhbəri Cozef Maquayr icra edəcək.
TASS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter” səhifəsində yazıb. O, avqustun 15-dən Cozef Maquayrın Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini icra edəcəyini bildirib.
Xatırladaq ki, Milli Kəşfiyyat İdarəsinin hazırkı direktoru Daniel Kouts avqustun 15-də bu vəzifəni tərk edəcək.