Bakıda Qarabağ qazisinin ölümünə səbəb olan biznesmen oğlu haqda ŞOK MƏLUMATLAR (VİDEO,FOTO)
Ötənlərdə paytaxt Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Minval.info xəbər verir ki, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado” markalı minik avtomobili ilə Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə Dövlət Yol Polisləri (DYP) əməkdaşları cəlb olunub, sürücü saxlanılıb. Amma bu işdə müxtəlif müəmmalar ortaya çıxıb. İddialara görə, Qarabağ qazisinin ölümünə səbəb olan M.Bəşirov nəyin bahasına olursa-olsun azadlıqda qalmağa çalışır. Hətta iddialara görə, o, hazırda azadlıqdadır.
Əlbəttə, bu hal Qarabağ qazisinin ailəsi, yaxınları və eləcə də Azərbaycan ictimaiyyətində ciddi narazılıqlara yol açıb. Amma söhbət Qarabağ qazisindən gedirsə, məsələ xeyli kövrəkləşir və ya gərgin fazaya, müstəviyə keçir. Axı bu ölkənin, bu vətənin müstəqilliyinin qorunması uğrunda sinəsini düşmən gülləsi qarşısında sipər edən bir qəhrəmanın qanını necə batırmaq olar?
Hətta bu kateqoriyadan olan insanlara məxsusi diqqət və qayğının göstərilməsi ilə bağlı məmurların, iş adamlarının qarşısına sərt tələblər qoyulub.
Qəza yerindən APA Tv-nin hazırladığı reportaj
Qəzanı törətmiş və ölümə səbəb olmuş Bəşirov Mirzə İlqar oğlu barəsində maraqlı məlumatlar da əldə etmişik. İddia olunur ki, Qarabağ qazisinin ölümünə fərman verən M.Bəşirovun hərbi xidmət keçməyib. Sağlam, avtomobil idarə edə bilən şəxs əsgərlikdən bir yolla boyun qaçırmağı bacarıb.
Biz də bu məhz məsələdən yola çıxaraq ümumiyyətlə, M.Bəşirovun kimliyi ilə maraqlandıq. O və onun himayədarları ilə bağlı çox mübhəm, müdhiş məlumatlar əldə etdik.
M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlu (red – yəni erməni əsilli) bizneslə məşğul olurlar. Milyonlar sahibi olan bəşirovlar haqqında qaranlıq məqamlar da çoxdur. Onların ticarətində belə çirkli halların yaşandığı iddia olunur.
Qarabağ döyüşçüsünün ölümünə səbəb olan oğul Bəşirovun öz yaxınlarına belə zərər verdiyi deyilir. Belə ki, məlumata görə, o, nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul "atıb” və buna görə, nişanı qayıdıb.
Hətta M.Bəşirovun xalası Emilya da oxşar səbəbdən hazırda həbsdədir. Bunu da əlavə edək ki, M.Bəşirovun atası İ. Bəşirovun digər əlbir olduğu qohumu, bibisi oğlunun da adı qara və ya qaranlıq işlərdə çəkilir. Belə ki, iddialara görə, Bakıda, Binəqədi rayonunda faciə baş verən binanın üzlənməsi işində İ. Bəşirov və onun həm bibisi oğlu, həm də şəriki olan Miryusifin birbaşa əli var. Məlum hadisədən sonra Miryusif Mahmudov həbsə edilib, amma İ.Bəşirov isə azadlıqda qalıb.
Biz də bu faktoru rəhbər tutaraq məsələ ilə bağlı Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədovun fikirlərini öyrəndik. Məlum vəziyyəti kəskin tənqid edən Qarabağ qazisi bizimlə söhbətində bunları qeyd etdi:
"Ümumiyyətlə, belə hadisələr baş verən zaman Qarabağ əlillərinin özləri və ailələri bizə müraciət etdikdə onları ciddi müdafiə edərək istənilən nəticəyə nail olmağa çalışırıq. Amma təəssüf ki, rəhmətə gedən şəxsin ailəsi bizə müraciət etməyib. Biz də hadisənin baş verdiyini mətbuatdan öyrəndik. Kimliyindən asılı olmayaraq bu cür cinayətlərin ört-basdır edilməsi gələcəkdə daha ağır hadisələrin baş verməsinə səbəb olur. Bu, ölkəmizdə çox ciddi və ağrılı bir problemdir”.
Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov da söyləyib ki, Qarabağ qazilərinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır:
"Qarabağ qaziləri Azərbaycan üçün hər zaman dəyərlidirlər. Dövlətimiz hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğı göstərir. Bu kateqoriyadan olan insanlar daim dövlət başçısının diqqəti mərkəzindədir. İnanıram ki, son olayla bağlı da Azərbaycanda qanunun keşiyini çəkən hüquq-mühafizə orqanları ədalətli və obyektiv iş aparacaq. Cinayət varsa, cəza da olmalıdır”.
Bəşirovların avtomobilləri və mülkləri:
Paşa Sadıqlı