Süd, qatıq, pendir, düyü, ət, banan... – Nə zaman yemək olmaz?

Süd, qatıq, pendir, düyü, ət, banan... – Nə zaman yemək olmaz?
Orqanizm üçün çox faydalı olan qidaların nə zaman, günün hansı hissəsində yeyilməsi qidalanmanın ən vacib tərəfidir. Mütəxəssislərin bununla bağlı fikirləri, eləcə də yeni araşdırmaların nəticələri, müasir yanaşmalar hər zaman maraqla qarşılanır.

Sfera.az e-tibb.az-a istinadən bir sıra qidaların nə zaman yeyilməsinə dair məlumatları təqdim edir.

Uşaq yaşlarında səhər yuxudan oyanan kimi süd içmək çox faydalı saylısa da, bu, böyük yaşlarda problemlərə səbəb olur. Acqarına süd içmək həzmdə problem yarada, mədədə yanma, qarın ağrılarına səbəb ola bilər.

Ac olarkən şəkər, şəkərli məhsullar qəbul etmək qanda şəkəri birdən-birə artırır, bu isə yorğunluq, gərginlik yaradır. Şəkərli qidaları ən yaxşı halda normal yemək yedikdən sonra qəbul etmək lazımdır.

Sitrus meyvələrini- portoğal, narıngini acqarına səhər yemək, suyunu içmək olmaz. Bu, mədədə narahatlıq yaradır. Bu meyvələr yemək yedikdən bir neçə saat sonra qəbul edilməlidir.

Düyü yüksək karbohidrat tərkibli olduğuna görə, gün ərzində özümüzü enerjili hiss etməyimizə yardım edir. Amma onun həzmi də çətin sayılır. Çox düyü yemək artıq çəkiyə səbəb olur. Düyünü günortalar yemək daha yaxşı olar, çünki bu saatlarda orqanizm daha sürətli çalışır və həzm normal gedir.

Ətin də həzmi asan sayılmır. Yatmazdan əvvəl ət yeməklə sağlamlığımıza ciddi ziyan vurmuş oluruq. Ona görə də ətli yeməkləri yatmazdan ən azı 3 saat əvvəl yemək lazımdır.

Acqarına qatıq yemək də düzgün sayılmır. Qatığı ac qəbul etmək mədədə problemlərə yol aça bilər. Ona görə də qatığı yeməkdən sonra, ya da xörəklərin yanında yemək yaxşı olar.


Çoxlarının yatmazdan əvvəl pendir-çörək yemək vərdişi var. Amma mütəxəssislər hesab edir ki, bundan uzaq durmaq lazımdır. Xüsusilə pendir yağlıdırsa, bu, həzm sisteminə ziyan verər, eyni zamanda yuxu pozğunluğu yarada bilər.

Lobya, eləcə də digər paxlalılar liflərlə zəngin olduğuna görə, gecə yatmazdan əvvəl yemək köp yaradır və normal yatmağa mane olur. Ona görə də paxlalıları günortalar, yuxudan xeyli əvvəl yemək tövsiyə olunur.

Lobya kimi alma da lifələrə zəngindir. Alma həzmi asanlaşdırsa da, gecə saatlarında yemək həzmə ziyan vurur. Alma axşam saatlarında asan həzm olunmur və narahatlıq yaradar.

Qoz-fındığın bir çox faydaları var. Amma bunu gecə saatlarında etmək düzgün sayılmır. Qoz-fındıq yağlarla zəngin olduğuna görə, yuxudan əvvəl yeyiləndə orqanizmdə həzmi çətinləşdirir.

Banan səhər yeməyi üçün ən yaxşı qidalardan sayılsa da, əslində acqarına banan yemək qanda şəkərin səviyyəsini artırır. Bananın yaratdığı toxluq isə qısa müddət çəkir, bir neçə saat sonra güclü aclıq hissi yaranır. Bundan başqa, acqarına banan yemək həssas bağırsaq sindromu deyilən bir hala yol açır. Ona görə də acqarına banan yeməkdən çəkinmək lazımdır.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...