Hər iki cins eyni tualetə gedəcək

Hər iki cins eyni tualetə gedəcək
Yeni qanun "Bərabərçi İstirahət Otaqları Aktı" adlanır.
Bilge.az "Hill" nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın İllinoys ştatında gender bərabərliyini qorumaq üçün hər iki cins üçün təkcə bir tualet otağının olması məcburi olub. İllinoys ştatının qubernatoru JB. Pritzker ştatdakı ictimai binalarda neytral cins kimi işarələnən təkcə bir tualet otağının olması barədə qanun imzalayıb.
556-cı qərar kimi qəbul olunan rəsmi qərar həmçnin "Bərabərçi istirahət Otaqları Aktı" adlanır.
Qanuna görə, səhiyyə işçiləri və ya səhiyyə müfəttişləri binaların yeni qərara riayət edib-etmədiklərini yoxlamaq üçün "istənilən təftiş zaman" ictimai binaları yoxlaya bilərlər.
Qanun gələn il Yanvarın birindən etibarən qüvvəyə minəcək.


OXŞAR XƏBƏRLƏR