Harris son sorğuda Trampı 3 faiz qabaqlayır


Harris son sorğuda Trampı 3 faiz qabaqlayır

ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, respublikaçı Donald Trampı seçki reytinqində üç faiz bəndi ilə qabaqlayır.

 

Sfera.az xəbər verir ki, bunu “YouGov” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələri sübut edir.

 

Nəticələrə görə, Harris respondentlərin 50 %-nin, Tramp isə 47 %-nin dəstəyini alıb.

 

“YouGov”un bundan əvvəlki 16 oktyabr sorğusunda Harrisin 250, Trampın isə 219 səs topladığı deyilirdi.

 

“YouGov” Nevada, Arizona, Viskonsin, Pensilvaniya, Şimali Karolina və Corciyanı "yelləncək" ştatlar adlandırıb. Harris Nevada, Viskonsin, Pensilvaniya və Şimali Karolinada, Tramp isə qalan ştatlarda populyardır.

 

Sorğu 25-31 oktyabr tarixlərində ABŞ-nin 57 784 seçici arasında aparılıb. “The Hill” və “Decision Desk” seçki monitorinq saytı tərəfindən 324 sorğu əsasında aparılan təhlillərdə Harris Trampı cəmi 0,3 % (48,3 %-ə qarşı 48 %) qabaqlayır.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 5 noyabrda keçiriləcək. Florida Universitetinin məlumatına görə, artıq 70 milyondan çox insan erkən səsvermədə iştirak edib. (Report)


OXŞAR XƏBƏRLƏR

Eyni ad, eyni peşə və eyni görünüşlü iki yad şəxs DNT testi verdi - FOTO

Hamımız həyatda özümüzə bənzəyən birini tapmağı xəyal etmişik. Bəs bu adam sizinlə eyni peşəyə malikdirsə, eyni addadırsa və eyni əkizini kimidirsə? Sfera.az...

Buzlu Sibir dənizində 67 gün sağ qalmağı bacaran adamın inanılmaz hekayəsi - FOTO

Soyuq dənizlərdə keçirdiyimiz hər an yaşamaq mübarizəsini daha da çətinləşdirir. Okeanın ortasında 67 gün sağ qalmağı bacarsanız nə edərdiniz? Sfera.az bildi...

Diri-diri basdırılan kişi keçmiş iş adamını məhkəməyə verdi

ABŞ-ın Ayova ştatından olan inşaat işçisi Trevor Kilgore 2023-cü ilin iyununda səngərin çökməsi nəticəsində diri-diri torpağa basdırılıb. Bundan sonra o, keçmiş...

Komanda yoldaşını ayıdan xilas edən gənc güləşçinin hekayəsi - FOTOLAR

İndiyə qədər dostluqla bağlı çoxlu hadisələrin şahidi olmuşuq. Bəzilərinə “Afərin”, bəzilərinə “Ayıb olsun” deməklə kifayətlənmişik. &n...

Türkiyəni gözəl günlər gözləyir - Ərdoğan

Çətinliklər olsa da, Türkiyəni gözəl günlər gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb. &...

Sabah bəzi ərazilərdə işıqolmayacaq

"Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.  &nb...