“Yapı Kredi Bank Azərbaycan” QSC gəlirini artırıb

“Yapı Kredi Bank Azərbaycan” QSC gəlirini artırıb

Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü "Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin ikinci rübü üzrə xalis mənfəətini keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıraraq 3,4 mln manata çatdırmışdır.

Bankın 2019-cu ilin ikinci rübünə dair açıqladığı hesabata əsasən xalis faiz gəlirləri2018-ci ilin ikinci rübü ilə müqayisədə artaraq 15 mln AZN-ə çatıb. Bundan əlavə, ötən ilin analoji dövrünün göstəricilərinə nisbətən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 38% azalmışdır və bu fakt da öz növbəsində bankın kredit portfelinin müsbət keyfiyyət dinamikasını əks etdirir.

Yapı Kredi qlobal bankçılıq təcrübəsini Azərbaycanda tətbiq etməyə davam etmişdir və nəticədə müştərilərinin etimadını qazanmışdır. Belə ki, banka etibar edərək vəsaitlərini əmanət edən fiziki şəxslərin tələbli əmanətlərinə nəzər yetirdikdə həmin göstəricinin 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 36% artaraq 51.5 mln AZN-ə çatdığını müşahidə edirik.

Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorunun dəstəklənməsi istiqamətində, o сümlədən Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq kredit fəaliyyətini davam etdirmiş və kredit portfelini 168 mln manata yüksəltmişdir. Kredit portfelinin iqtisadi sahələr üzrə strukturuna nəzər yetirdikdə, əsasən qeyri-neft sektorunun maliyyələşdirildiyini görmək mümkündür.

Bankın kapital göstəriciləri kifayət qədər ürəkaçandır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2019-cu ilin ikinci rübünün sonunda bankın I dərəcəli kapitalı 9% artaraq 66,5 mln AZN, məcmu kapitalı 10% artaraq 72,1 milyon AZN olmuşdur. Kapitalın adekvatlıq əmsalı 24%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.

 

 

Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

 


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...