Onlarla insan şaurmadan zəhərləndi

Onlarla insan şaurmadan zəhərləndi

 

 

Rusiyanın Saxa (Yakutiya) Respublikasının Çurapça kəndinin sakinləri yerli kafedə yedikləri şaurmadan zəhərləniblər.

"RİA Novosti” xəbər verir ki, 22 nəfər tibbi yardım üçün müraciət edib.

Onlardan səkkizi uşaqdır.

Zəhərlənmə hadisəsi iyulun 25-də baş verib. Tibbi yardım üçün müraciət edənlər hazırda müalicə alırlar.

İnsanların zəhərləndiyi kafedə aparılmış yoxlama nəticəsində məlum olub ki, orada xammal və hazır yeməklərın saxlanma şəraitinə əməl edilmir, tibbi müayinədən keçmə qaydaları pozulur və digər tələblərə riayət edilmir.


OXŞAR XƏBƏRLƏR