Nigeriyada terrorçular 30 nəfəri öldürdü

Nigeriyada terrorçular 30 nəfəri öldürdü

 

 

Nigeriyada "Boko Haram” terror qruplaşmasının hücumu zamanı onlarla insan öldürülüb.

"Reuters” xəbər verir ki, hadisə Borno ştatında baş verib.

"Boko Haram” qruplaşmasının silahlıları motosikletlərlə kəndlərin birinə gələrək yasdan qayıdan şəxsləri atəşə tutublar.

Yerli polisin bildirdiyinə görə, 30-dan artıq insan öldürülüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, "Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında, eləcə də qonşu Kamerun və Çadda fəaliyyət göstərir. Bu ərazilərdə son illər ərzində 27 mindən artıq insan yaraqlıların qurbanı olub.


OXŞAR XƏBƏRLƏR