Unibankdan sahibkarlara xoş xəbər

Unibankdan sahibkarlara xoş xəbər

Unibank biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı biznes kreditlərindən faydalanan sahibkarların sayı artmaqdadır. Bu kreditin üstünlüyü çox sərfəli faizli olması ilə yanaşı, Unibank tərəfindən biznes sahiblərinə sənədləşmə işində yaxından dəstək olunması və kreditin operativ şəkildə ayrılmasıdır. Ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır. Mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır. Kreditin biznes sahəsindən asılı olaraq 7 ilədək verilməsi, bu məhsulu biznes sahibləri üçün daha da cəlbedici edir.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılan kreditləri "Unibank”dan əldə etmək sahibkarlara aşağıdakı üstünlükləri verir:

 

- Kredit müraciətinə bank tərəfindən operativ baxıldığı üçün daha tez müddətdə verilir;

- Fond tərəfindən tələb olunan sənədlərin hazırlanmasında bank əməkdaşları sahibkara yaxından kömək edir;

- Daha aşağı məbləğli girovlar da bank tərəfindən qiymətləndirilir ki, kredit sahibkara daha əlçatan olsun;

- Yeni müştərilər də bu kredit üçün banka rahat şəkildə müraciət edib, vəsaiti əldə edə bilərlər.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev", "İçərişəhər" , "Dərnəgül", "Yasamal", 15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (//www.unibank.az/az/corporate/index)əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

 


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...