Ukraynada küçələrdən birinə azərbaycanlı Xalq artistinin adı verildi - FOTO
16:20 / 24.07.2019
3037
Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı verilib.
Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, həmin küçəyə M. Maqomayevin adının verilməsi təklifi ilə "Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib.
APA