Nazirlik kassa çeki ilə bağlı xəbərdarlıq etdi

Nazirlik kassa çeki ilə bağlı xəbərdarlıq etdi

İstər alış-veriş, istərsə də iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir.

 

"Vergilər” qəzeti yazır ki, mövcud qanunvericiliyə əsasən, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər.

Sahibkarlar isə əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir.

Vergi qanunvericiliyinə əsasən, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, il ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000, il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edir.

Qanunvericiliyə əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanının təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

 


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...