87 dövlət əmlakı özəlləşdirməyə çıxarılır

87 dövlət əmlakı özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərraclardan biri avqustun 20-də keçiriləcək.

Komitədən verilən məlumata görə, ƏMDK tərəfindən göstərilən hərrac xidmətləri hər kəsin dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirakını təmin edir. Cəlbedici əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər. Avqustun 20-də keçiriləcək hərraca ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12,2 kvadratmetr ilə 2889 kvadratmetr arasındadır. Bu dövlət əmlaklarından çoxu özəlləşməyə torpaq sahəsi ilə birgə çıxarılıb. Onlar arasında ticarət və xidmət müəssisələri, təsərrüfat obyektləri, qeyri-yaşayış binaları var.

Şəki şəhəri, B.Məmmədov küçəsindəki dövlət əmlakının faydalı sahəsi 151,3 kvadratmetrdir. İnvestor xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları olan bu obyekti 213,5 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirə bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin faydalı sahəsi 9,2 kvadratmetr ilə 127,4 kvadratmetr arasındadır. Bu dövlət əmlaklarından 7-si paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Ən yüksək faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindədir. Bu dövlət əmlakı xidmət, ticarət və ya ofis obyekti kimi istifadəyə uyğundur.

Səhmdar cəmiyyətlərinin 30-45 faizlik arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlakları Lənkəran, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar səhmdar cəmiyyətləri üzrə seçimlərini "Xəzər Avtonəqliyyat”, "Kürdəmir Aqrotexservis”, "Daşkəsən Aqrotexservis” və digər əmlaklar üzrə edə bilərlər.

Hərraca buraxılış tarixləri 1990-2009-cu illər olan nəqliyyat vasitələri də çıxarılıb. Avtomobil sahibi olmaq istəyən şəxslər "Nissan”, "Kia”, "Chevrolet”, "Hyundai” və digər markalardan olan nəqliyyat vasitələri üzrə seçim edə bilər.


OXŞAR XƏBƏRLƏR

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılır

Sabah saat 08:00-dan iyulun 20-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küç...

Yayda elektrik təhlükəsi - Ekspert xəbərdarlıq edir

Havaların isti keçməsi elektrik şəbəkəsində qəza hallarının artmasına səbəb olur. Müşahidələr göstərir ki, kondisionerlərdən müntəzəm istifadə, eləcə də isti ha...

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...