Sahibkarlar üçün daha bir imkan

Sahibkarlar üçün daha bir imkan

 

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək məqsədilə "Sahibkart” məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart məhsulu - "Sahibkart”ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər.

"Sahibkart” plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri "Sahibkart”la hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankın xidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait nağdlaşdıra bilərlər.

Azərbaycan Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə "Sahibkart”la da qoşulmaq mümkündür. "Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov deyib: "Xüsusilə kiçik və orta sahibkarlar "Sahibkart”ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən hesablarındakı vəsaitdən həm nağd, həm də nağdısz qaydada istifadə edə biləcəklər. Kiçik və orta sahibkarlarımızı filiallarımızdan "Sahibkart” əldə edib bu imkanlardan yararlanmağa çağırırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən,www.ibar.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçininrəsmi Facebook səhifəsindənəldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

“Sea Breeze” istirahət mərkəzinə avtobus fəaliyyətə BAŞLAYIR

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan “Koroğlu” Nəqliyyat M...

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılır

Sabah saat 08:00-dan iyulun 20-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küç...

Yayda elektrik təhlükəsi - Ekspert xəbərdarlıq edir

Havaların isti keçməsi elektrik şəbəkəsində qəza hallarının artmasına səbəb olur. Müşahidələr göstərir ki, kondisionerlərdən müntəzəm istifadə, eləcə də isti ha...

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...