Expressbank Zolotaya Korona pul köçürmələrini daha sürətli və rahat etdi!

Expressbank Zolotaya Korona pul köçürmələrini daha sürətli və rahat etdi!
Hər zaman müştərilərin rahatlığı üçün bütün bank xidmətlərini ən müasir şəkildə təkmilləşdirən Expressbank artıq "Zolotaya Korona” pul köçürmələri sisteminin müştərilərinə banka gəlmədən pullarını əldə etməyi təklif edir. Müştərilər "Zolotaya Kоrona” sisteminin "pul köçürmələri” əlavəsini yükləyib, qeydiyyatdan keçərək göndərilən məbləği bir başa Expressbank-ın plastik kartlarına köçürə bilərlər. (mobil əlavə: //koronapay.com/m/qr-dp ) Əməliyyatın aparılması son dərəcə sadə və rahatdır. (Əməliyyat prosesi: //youtu.be/ktYXJJ6dapA )

Expressbank plastik kartı olmayan müştərilərin rahatlığı üçün də xüsusi xidmət təqdim edir. Müştəri bankın istənilən filialına yaxınlaşaraq "Zolotaya Korona” pul köçürmələri sistemi ilə gələn pulu elə filialda 15 dəqiqəyə əldə etdiyi Expresso kartına köçürə bilər. Bununla da müştəri Expresso kartının bütün üstünlüklərindən faydalanır.

Müştərilər Expressbank kartına köçürdükləri pulu ölkə daxili nağdsız alış -verişlərdə istifadə edərək 30% - dək cashback qazanır və ya arzuladığı zamanda Expressbank-ın bankomatlarına (ATM) yaxınlaşaraq komissiyasız nağdılaşdıra bilir.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bankın xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrində rəsmi səhifələrinə daxil olaraq əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...