FHN Bakıda ağırçəkili şəxsi təxliyə etdi

FHN Bakıda ağırçəkili şəxsi təxliyə etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri ağırçəkili sakini mənzildən çıxarmağa kömək ediblər.

Sfera.az FHN-in saytına istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.


OXŞAR XƏBƏRLƏR