Ermənilər Qarabağdan niyə köçürlər? - VİDEO
Xankəndində yaşayan Karen Qriqoryan adlı şəxs seperatçı rejim rəhbərliyinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, aclıq aksiyası keçirən şəxs səsini eşitdirə bilmək üçün başqa yolunun qalmadığını deyib.
Karen Qriqoryan seperatçı rejim rəhbərliyinə video müraciət ünvanlayıb. Video müraciətdə bir-neçə sual səsləndirib və seperatçı rejim rəhbərliyindən cavab gözlədiyini bildirib.
Karen Qriqoryanın səsləndirdiyi sualların bəzilərini təqdim edirik:
1. Nə üçün əlil şəxslərə status verilmir?
2. Müharibədə döyüşən hərbçilərin ailələri üçün "dövlət" niyə subsidiya vermir?
3. Niyə ölən və yaralanan əsgərlərin ailələrinə torpaq vermirlər?
4. İnsanlar nə üçün "Artsax"dan (Qarabağ) köçüb gedirlər?
5. İtkin düşən hərbçilər haqqında niyə heç bir məlumat verilmir?