At almağa getmişdi, 15 yaşlı qızı qaçırdı - Məhkəmədən QƏRAR

At almağa getmişdi, 15 yaşlı qızı qaçırdı - Məhkəmədən QƏRAR

Daşkəsən rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən 20 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

 

Sfera.az xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Samir Baxışov (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

 

Daşkəsən Rayon Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.

 

Məhkəmədə ifadə verən Samir bildirib ki, qonşu kənddə yaşayan 15 yaşlı Ulduzla evlənməyi əvvəldən planlaşdırmayıb: “At almaq üçün Ulduzun yaşadığı kəndə getmişdim. Həmin vaxt onu görüb bəyəndim. Özümlə qaçıraraq Göygöl rayonunda qardaşımın evinə apardım. 5 gün burada qaldıq və hamıdan gizləndik. Həmin vaxt ərzində valideynlərimizin barışıq əldə etməsini və bizim evliliyimizə razılıq verməsini gözlədik. Barışıq olandan sonra Ulduzu öz kəndimizə apardım və hazırda ər-arvad kimi birgə yaşayırıq”.

 

Yetkinlik yaşına çatmayan qız da oxşar ifadə verib və Samirdən şikayətinin olmadığını deyib.

 

Məhkəmənin hökmü ilə Samir Baxışova 1 il şərti cəza verilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.


OXŞAR XƏBƏRLƏR

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümə Əliyevanın ailəsinə qarşı cinayət törədənlər saxlanıldı

DİN Milli Qəhrəman Hökümə Əliyevanın  atasının bank kartından pul vəsaitini oğurlayan şəxsləri müəyyən etdi, zərər ödənildi   Milli Qəhrəman Hök...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan...