Hacıqabulda çoban intihar edib

Hadisə
10:07 / 08.07.2019
3174
Hacıqabulda intihar hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qızılburun kəndində qeydə alınıb.
Hənin kənddə yerləşən fermalardan birində çoban işləyən Qaçayev Şahin Feyruz oğlu özünü asaraq intihar edib. İntiharın səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.