Bakıda universitetdə YANĞIN

Hadisə
10:23 / 03.07.2019
4275
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.
Sfera.az "Report”a istinadən xəbər verir ki, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb.
Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.