Natavan Həbibi Aygün Kazımovaya qalib gəldi

Natavan Həbibi Aygün Kazımovaya qalib gəldi

Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi arasındakı məhkəmədən xəbər var.
Sfera.az-ın məlumatına görə, Natavan Həbibinin vəkili Həsənov Fərid bildirdi ki: "17 iyun 2015-ci il tarixdə Kazımova Aygün Ələsgər qızının Bakı Apellyasiya Məhkəməsinin Həbibova Natavan Şamil qızının xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəməsinin Mülki kollegiyasında baxıldı: Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Həmin qətnaməyə əsasən Kazımova Aygün Ələsgər qızı, Həbibova Natavan Şamil qızı barədə yaydığı yalan məlumatları təkzib etməli və Həbibova Natavan Şamil qızından üzr istəməlidir." Azərbaycan Respublikasında hər üç instansiya məhkəməsinin ədalətli mövqe tutması, qanunlarımızı dürüst tətbiq etməsinə görə Həbibova Natavan Şamil qızı bütün məhkəmə tərkibinə təşəkkürünü bildirir və cavabdeh Kazımova Aygün Ələsgər qızının məhkəmə qərarlarını icra edəcəyinə ümid etdiyini deyir. Əks halda xalq artistini cinayət məsuliyyəti gözləyir.


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...