Biləsuvarda dəhşətli qəza - 3 nəfər öldü

Hadisə
15:51 / 27.06.2019
3212
Bu dəqiqələrdə Biləsuvarda ağır yol qəzası baş verib.
"Qafqazinfo” xəbər verir ki, "Lada Priora” və "Vaz 21 015” maşınlarının toqquşması nəticəsində 3 nəfər həlak olub.
Dünyasını dəyişən şəxslər rayonun İsmətli kənd sakinləridir.
Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib.