Harçeqani və Əzizova yarımfinalda – YENİLƏNİB

Harçeqani və Əzizova yarımfinalda –  YENİLƏNİB

Yarışlar Bakı Kristal Zalında keçirilir.

Kişilər arasında 80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi 1/4 finalda Böyük britaniyalı Muhammed Lutalonu məğlub edib - 17:5.

Sfera.axəbər verir ki, yarımfinala yüksələn idmançımız burada portuqal Julio Ferreyra ilə qarşılaşacaq.

Qadınlar arasında 67 kq çəki kateqoriyasında çıxış edən Fəridə Əzizova isə 1/4 finalda türkiyəli Nur Tatarı 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda isveçli Elin Yohanssonla görüşəcək.

10:59

80 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz Milad Beiqi Harçeqani 1/8 finalda serbiyalı Damir Feyziçlə qarşılaşıb.

Sfera.az xəbər verir ki, idmançımız rəqibinə heç bir şans verməyib – 12:0.

O, 1/4 finalda britaniyalı Məhəmməd Lutalo ilə qarşılaşacaq.

67 kq çəki kateqoriyasında çıxış edən dünya çempionumuz Fəridə Əzizova isə hollandiyalı Yoyse Van Baarinlə qarşılaşıb.

İdmançımız rəqibini 2:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Burada o, türkiyəli Nur Tatarla qarşılaşacaq.

09:45

Avropa Oyunlarının 7-ci günü Bakı Kristal Zalında qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.

Sfera.az xəbər verir ki, qadınlar arasında yarışlarda Azərbaycan təmsilçisi Fəridə Əzizova 10:30-da Hollandiya idmançısı Coys Van Baaren ilə yarışacaq.

Kişilər arasında yarışlarda təmsilçimiz Milad Beygi Harçeqani serbiyalı Damir Feyziclə 10:45-də qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR