Küçəni podiumla səhv saldı - FOTOLAR

14:13 / 21.06.2019
4928
"Viktoriya Sekret”in supermodeli Kendall Cenner ötən gün iki fərqli geyimdə paparrassilərə tuş gəlib. "Qafqazinfo” xəbər verir ki, əvvəlcə marketdə görüntülənən model daha sonra Nyu-York küçələrini gəzib.
Səhər saatlarında marketdən alış veriş edən Cenner təhlükəsizlik kamerasında əks olunan görüntüsünü də instaqram səhifəsində yayıb. Onun sözügedən şəklini 5 milyona yaxın insan bəyənib.
Kendall günün ikinci yarısında isə model həmkarı Luka Sabbatla şəhər gəzintisinə çıxıb.