Pərvin efirdə əsəbiləşdi: Bacı-qardaş başqa şey edirsiniz? - VİDEO

Pərvin efirdə əsəbiləşdi: Bacı-qardaş başqa şey edirsiniz? - VİDEO

Kənan M.M. ailəlidir, onunla gözəl münasibətim var. Biz Kənanla dostuq. Lakin bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Əskişəhərdə yaşayır, mənsə İstanbulda. Kənan işləyir, mənsə təhsil alıram.

Oxu.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında bildirib.

Aktrisa onun Kənana görə Türkiyəyə getməsi iddialarına da münasibət bildirib:

"Niyə belə aqressivsiniz? Kənan mənə çox dəstək olub. Onun evinə girirəm, uşaqları, həyat yoldaşı ilə otururam. Sizin yazdıqlarınızı Aygün (Kənan M.M.-in müğənni həyat yoldaşı Aygün Mahmudova - red.) görür. Aygün mənə zəng edib deyir ki, yazılanları vecinə alma”.

P.Abıyeva tez-tez Kənan və özü haqqında lağa qoyulan "bacı-qardaş” ifadəsinə toxunaraq canlı efirdə əsəbiləşib:

"Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?”

P.Abıyeva verilişdə sevdiyi şəxsdən də söz açıb.

"Öz kişilərimizdən başqa kişi ilə münasibət qura bilmirəm. Kimi deyir, türkə, kimi deyir, ərəbə ərə gedəcəyəm. Məndə bu istək yoxdur. Həyatımda olan indiki şəxs də azərbaycanlıdır. Həyatımda yaşamadığım bir münasibət yaşayıram. Aramızda inam var. Bir-birimizə o qədər böyük güvən var ki, bu bizi xoşbəxt edir”, - deyə etiraf edib.



OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

“Gözünü çıxarıb,üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...