“Həyatınız mənimki kimi olsun” - Anar da LGBT-yə dəstək oldu

“Həyatınız mənimki kimi olsun” - Anar da LGBT-yə dəstək oldu

Stilist Anar Ağakişiyev də LGBT-yə (Lezbiyan, Gey, Biseksual, Transseksual) dəstək verən məşhurlar karvanına qoşulub.

Unikal.org  xəbər verir ki, sənətçi üstündə LGBT bayrağının rənglərini əks etdirən libasda obyektiv qarşısına keçib. Ağakişiyev paylaşımını belə şərh edib:

"Əziz dostlar, bəzən həyat siyah, bəzən isə bəyazdır. İstəyirəm ki, hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngli yaşamaq lazımdır”.

Onun paylaşımına yüzlərlə rəy gəlib. Anar şərh bölməsində fotonu LGBT-yə dəstək üçün paylaşmadığını söyləyib:

"Mən makiyaj sənətçisiyəm və rənglərlə çalışıram. Bu fotosessiyada boyalarla da şəkillər var. Hansı ki, makiyajla bağlıdır. Məsələyə başqa məna verməyin”.

Qeyd edək ki, Anarın paylaşımına 770-dən çox rəy gəlib. Ona rəy yazan məşhurlar arasında türkiyəli stilist Kerimcan Durmaz da yer alıb. Durmaz Anara yazdığı rəydə LGBT bayrağınının smayliki yerləşdirib.

Qeyd edək ki, Anardan öncə Əməkdar artist Röya Ayxan və müğənni Eldar Qasımov LGBT paylaşımı ilə diqqət çəkib. Onların paylaşımlarının LGBT qürur ayına təsadüf etməsi isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

 



OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...