Sirus Qoçxaninin əməliyyat edəcəyi məşhur müğənni xəstəxanadan qaçdı

Sirus Qoçxaninin əməliyyat edəcəyi məşhur müğənni xəstəxanadan qaçdı
İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimova fikrindən daşınıb.

Medicina.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb. Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub.

Bu xəbəri eşidən sənətçi bərk qorxuya düşərək əməliyyat masasına uzanmaqdan imtina edərək, evinə qayıdıb.

Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub. Medicina.az-ın xəbər vermişdi ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani əməliyyat edib. Vəfat edən S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır. 
 
Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

OXŞAR XƏBƏRLƏR

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...

Azərbaycan təyarələri təlimdə "fil yürüşü" etdilər - FOTO

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2025” ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir. ...