Parkda sevgililərdən pul alan "polis" cəzalandırıldı

Parkda sevgililərdən pul alan
Parkda cütlüklərdən pul tələb edərək quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Ş. Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib. Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.
 
Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.
 
Xatırladaq ki, Ş.Məmmədov daha əvvəl polis əməkdaşı olub.


OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...