Stallonenin qızı gözəlliyi ilə hamını heyran etdi

Maqazin
11:18 / 27.05.2019
2890
Silvestr Stallone Kann festivalına qızı ilə gəlib. Sofiya hamını gözəlliyi ilə heyrətə salıb.
Sfera.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Stallonenin üç qızı var. Skarlett 16, Sistin 20, Sofiya 22 yaşındadır. Hollivud ulduzunun hər üç qızı gözəl sayılır. Onlar hətta 2017-ci ildə "Miss "Qızıl qlobus” titulunu da layiq görülüb. İki il əvvəl mükafatlandırma mərasimində iştirak edərək, heykəlciyi qaliblərə şəxsən vermişdilər.
Stallone Kann festivalına "Rembo: Son qan” filmi ilə gəlib. O, lentin bir neçə parçasını göstərmək fikrindədir. Bundan başqa, dördüncü seriyanın 4K keyfiyyətində restavrasiya olunmuş variantı göstəriləcək. Beləcə, filmin yeni versiyasının dünya premyerası baş tutacaq.
