Emin Ağalarov yeni yay mahnısını təqdim edib - VİDEO

Emin Ağalarov yeni yay mahnısını təqdim edib - VİDEO
Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan "Mehriban” adlı yeni mahnısını təqdim edib.

"Report” xəbər verir ki, artıq bütün rəqəmli platformlardan yüklənməyə açıq olan rəqs havalı mahnı qarşıdakı yay mövsümündə dinləyicilərin ən sevimliləri arasında olmağa iddialıdır. Mahnıda bəhs olunan romantik hekayə qaynar ehtiraslarla doludur, ahəngli melodiyası isə qızmar yay və gözqamaşdırıcı rəngləri xatırladaraq sanki dinləyicini uzaq isti diyarlara dəvət edir.

Gənclik tərzində rəqs mahnısı olan "Mehriban” bəlli bir cərəyana qədəm qoymaqla yanaşı, müğənninin ümumi yaradıcılıq xəttinin ahəngli davamıdır. Digər tərəfdən, sənətçi bu mahnı ilə pərəstişkarlarının çoxdandır görmək istədikləri yeni cəhətlərilə qarşılarına çıxır.

Müəllifləri Vladimir Çiniayev (Chinkong), Aleksander Lev Konovalov, Polina Qudiyeva (Polina), Aleksandr Jvakin (Loc Dog) olduqları yeni mahnının ilk təqdimatı müğənninin "Shore House”dəki iyunun 14-də solo konserti zamanı keçiriləcək. Həmçinin "Mehriban” mahnısı "Good Love 2019” turunun siyahısına daxil ediləcək.

OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...