"Məni söyənlər özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə gecələyənlərdi"

 
Xəbər verdiyimiz kimi, Türkiyədə evlilik verilişinə qatılan Naz Mila qardaş ölkədə ailə həyatı qurub.
 
Naz evliliyi haqda AZXEBER.COM-a geniş müsahibə verib.
  
Həmin müsahibəni təqdim edirik:
 
- İlk olaraq təbrik edirik. Evlənməyin sosial şəbəkələrdə ciddi səs-küyə səbəb oldu. Bu haqda danışardın bir az...
 
- Təbrikiniz üçün çox sağ olun. Səs-küyə səbəb olmağı normaldı, insanlar mənə kənardan, şəkillərdən və videolardan qiymət verdikləri üçün heç bir kişinin mənlə evlənməyəcəyini düşünürdü. Ona görə də onlarda bu cür fikir yaranmışdı.  
 
- Evləndiyin şəxs kimdir? Nə işlə məşğuldur, neçə yaşı var?
 
- Türkiyə vətəndaşıdı, adı Gürkandır. Geyim şirkəti var və bunun kimi başqa özəl işlərlə məşğul olur. 30 yaşı var. Gürkan mənə geyim mağazası - butik da açıb. İstədiyim hər şeyi edən bir insandır və onunla xoşbəxtəm .
 
- Gürkan sənə hansısa qadağalar qoyub?
 
- Heç bir qadağa qoymayıb, geyimimə də qarışımır. İstədiyim hər yerə aparır, kluba, əyləncə məkanlarına. İçkimə də qarışmır. Hər dediyimi  anında yerinə yetirir. İstər maddi, istər mənəvi mənə dəstək olur. 
 
- Çox gözəl. Bəs Gürkanın ailəsi evliliyi necə qarşıladı?
 
- Çox gözəl qarşıladı. Dünən qardaşı, bacısı, anası atası bir sözlə hamısı nikahda yanımızda idi. Ailələrin övladın evliliyinə qarışması bizim ölkədə qalıb, burada elə şey yoxdur. 
 
- Sosial şəbəkədə bəzi qızlar yazıb ki, Naz da ərə getdisə dünya dağılmalıdır. Onlara nə demək istəyirsən?
 
- Paxıllıq etməsinlər. Bəlkə onlar da nə vaxtsa ərə gedər. Mənə ilk evlilik təklifi edən bu deyil ki, mən mənimlə sevgili olan hər kəsdən evlənmə təklifi almışam. Çünki məni yaxından tanıyanlar bilir ki, o sosial şəbəkələrdə özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə qiymət yüksəldən qızlardan deyiləm. Məni söyənlər özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə gecələyənlərdi. Mən necəyəmsə, eləyəm. Sadəcə mən bu insanla evliliyi uyğun gördüm. Evlənmək istəsəydim indiyə qədər çoxdan evlənmişdim. Məni tanıyan oğlanlar hamısı deyir ki, Nazdan yaxşısı yoxdur. O elə yazan qızlar evdə qalıblar, evdə canları sıxılır deyə elə yazırlar. 
 
- Bəs sənin ailən, övladın necə qarşıladı evliliyi?
 
- Onlara nikah anının videosunu göndərdim. Sürpiz olsun istədim, elə sürpiz də oldu. Şoka düşdülər.
 
- Bəs toy nə vaxtdır? Toya kimləri çağıracaqsan? 
 
"Türkiyədə əvvəl nikah olur, sonra toy. Biz nikaha anidən qərar verdik. Gürkanın çox qohum tanışları xaricdədir deyə gələ toy sentyabrda olacaq. Toyu dəniz kənarı köşkdə ya da gəmidə edəcəyik. Azərbaycandan heç kimi toyuma cağırmıyacam. 
 
- Bəzi qızlar səni aldığına görə yoldaşını tənqid və təhqir edirlər. Sənin keçmış videoların filan ona göndərəcəklərini deyirlər...

- Göndərsinlər də guya Gürkan onları insan yerinə qoyur ki? Durub onların sözü ilə boşanası deyilik. Mənim yoldaşımı təhqir edənin gözü onda qalıb.
Gürkan onu təhqir edənləri görsə, heç üzlərinə də tüpürməz.
 
- Bəs ailə qurmaq istəyən ancaq bacarmayan qızlara nə məsləhət görərsən?
 
- Türk kişiləri ilə sevgili olsunlar. Zəng et ərə get məsələsi. Bu bir zarafatdır əlbəttə ki.. (gülür)

OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...