İranın İsfahan şəhərində qadınların velosiped sürməsinə icazə verilməyib

İranın İsfahan şəhərində qadınların velosiped sürməsinə icazə verilməyib

Bilge.azxarici mətbuata istinadən xəbər verir ki, İranın İsfahan şəhərinin İctimai və İnqilabi Hakimi Əli İsfahani qadınların velosiped sürməsini haram sayaraq qadağan edib.

"Qanuna əsasən, qadınların ictimai yerlərdə velosiped sürməsi qadağandır. Polisə tapşırıq verilib ki, qadın velosipedçilərə xəbərdarlıq etsin və şəxsiyyət vəsiqələrini əllərindən alsın", - Əli İsfahani deyib və əlavə edib: "Bir müddətdir cümə ibadətçiləri və şəhidlərin ailələri ictimai yerlərdə qadınların velosiped sürməsindən narazılıq edirlər".

Bir müddət əvvəl İsfahanın Cümə ibatəçilərinın müvəqqəti başçısı Seyid Yusif Tabatabai Nejad İsfahan şəhərinin rəsmilərini qadınlara velosiped sürməyə icazə verdiklərinə görə sərt şəkildə tənqid edib və rəsmilərdən məsələylə məşğul olmağı tələb edib.

Qeyd edək ki, İran rejiminin qadınların velosiped sürməsini haram buyurması ilk hal deyil. 2016-cı ildə İran İslam Respublikasının lideri Əli Xamneyi qadınların velosiped sürməsini "göstəriş" adlandırmış və "haram" buyurmuşdu.

Xüsusilə Ramazan dövründə hakimiyyət təhlükəsizlik mühitinin yaradılmasına əhəmiyyət verir.

ABŞ-la gərginliyin artması fonunda hökumət küçə etirazlarının İranı yenidən bürüyəcəyindən ehtiyat edir.

 

 


OXŞAR XƏBƏRLƏR

Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, paxtaxt məkanlarının birinə rəfiqələri ilə istirahətə yollanan...

Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xi...

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür. ...

Azərbaycanın mədəniyyətə ağır itki: Tanınmış bəstəkar vəfat etdi- FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ya...

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.   Sfera.az xəbər verir...

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.   Sfera.az xəbər ...