“Zinger” tikiş maşınlarının sirri nədir?

“Zinger” tikiş maşınlarının sirri nədir?

1851-ci il 12 avqust tarixində amerikalı mühəndis və sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Etibarlı konstruksiya və təkmilləşdirilmiş mexanizminə görə bu tikiş maşınları tezliklə populyarlaşdı, lakin şirkətin uğurunun böyük bir hissəsi İsaak Zingerin istedadına əsaslanırdı. Beləki, onun effektiv marketinq qərarları və addımları milyonlarla ailəni tikiş maşınının zəruriliyinə inandırmışdır.

Tikiş maşının satışa çıxarılan ilk nümunəsi 100 dollar qiymətində dəyərləndirilmişdir, lakin həmin dövr üçün çox az adam tikiş maşınının faydalılığını zəruri bilirdi. Beləki, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əməkdən istifadə etmək daha əlverişli idi.

Əhalidə tələbi formalaşdırmaq üçün prinsipial yenilik lazım idi. Buna görə də İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. Beləki, İsaak Zinger müşahidə etmişdir ki, həmin dövr üçün spesifik olan bütün texnoloji məhsullarda nasazlıq baş verəndə onları ev şəraitində təmir etmək mümkün olmurdu. Buna görə də əhali ən yaxşı halda ustaya müraciət edirdi, pis halda isə məhsulu zibil yeşiyinə atmalı olurdu. Situasiyadan mahircəsinə yol tapan və bundan faydalanan İsaak Zinger tikiş maşınının ehtiyat hissələrini ayrılıqda istehsal edib satışa buraxdı. Artıq onun müştəriləri tikiş maşının hər hansı hissəsi xarab olduqda rahatlıqla yenisini sifariş edə bilirdilər. İsaak Zingerin istehsal və marketinq təşəbbüsü hesabına tikiş maşını ev şəraitində təmir oluna bilən ilk məişət avadanlığına çevrildi.

 İsaak Zinger satışı stimullaşdırmaq üçün tikiş maşınlarını sənaye sahələri üçün deyil, məişət istifadəsi üçün istehsal edirdi. Marketinq yanaşması tezliklə öz bəhrəsini verdi. Tezliklə zinger tikiş maşınları ən prestijli məhsullara çevrildi. Hər bir ailə bu tikiş maşınlarına yiyələnməkdən qürur duyurdu.

“Zinger ovçuları”

 Zinger şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr mövcuddur. Misal üçün, bəzi mənbələrdə vurğulanır ki, qədim zinger tikiş maşınları qiymətli metallardan hazırlanıb.   Ən məşhur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal olan polladiumun olması haqqındadır. Bu əfsanə bir neçə ölüm hadisəsinə səbəb olmuşdur. Beləki, əfsanələrə inanan “zinger ovçuları” cinayət törətməkdən çəkinmirdilər. Belə cinayətlərin qurbanlarından biri də yaşlı qadın olmuşdur. Naməlum şəxslərin üzünə qapını açan qadın evindəcə qətlə yetirilmişdir, daha sonra qatillər onun evindən zinger tikiş maşını oğurlamışdılar. Evdə axtarış keçirən polislər aşkar etmişdilər ki, tikiş maşınından başqa evdə heçnə oğurlanmamışdır. Digər əfsanəyə əsasən isə 1998-ci ildə Zinger kompaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan verir. Hesab olunur ki, həmin seriyalı tikiş maşınları Rusiya və keçmiş Sovet ölkələrinin ərazisində yerləşir. Daha bir əfsanə isə vurğulayır ki, 300 ədəd zinger tikiş maşını tamamilə qızıldan hazırlanıb. Beləki, Rusiyadakı inqilabdan sonra əhalinin firavan təbəqəsi sürətli şəkildə Avropaya emiqrasiya edirdilər, lakin sərhəddən yalnız məişət avadanlıqlarının keçirilməsinə icazə verilirdi. “Qaymaq təbəqə” isə öz qızıllarını xilas etmək üçün həmin qızılı zinger tikiş maşının formasında əridib qara rəngə boyayırdılar. Bu üsulla mülklərini özləri ilə ölkədən çıxarmağa nail olurdular.

2009-cu ildə Səudiyyə Ərəbistanında yeni bir əfsanə peydə oldu. Hansı ki, bu əfsanə qədim zinger tikiş maşınlarının iynələrində əfsanəvi maddə “qırmızı civə”- nin mövcudluğundan bəhs edirdi. Bu maddənin kiçik bir hissəsi 2-3 mln dollar dəyərində qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...