Nazəninin əri Təranəni məhkəməyə verir

Nazəninin əri Təranəni məhkəməyə verir
Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov ifaçı Təranə Qumralı məhkəməyə verir. Sfera.az xəbər verir ki, bu haqda anspress-ə Nazəninin vəkili Adəm Məmmədov məlumat verib:


“Sənədlər hazırdır, iddia ərizəsi məhkəməyə göndərilib. Təranə Qumralın təhqir dolu ittihamlarına görə görə şikayət etdik. Tələb edəcəyik ki, cinayət işinə cəlb olunsun. Onun işlətdiyi ifadələrdə təhqiramiz, əxlaq normalarına sığmayan ifadələr, ağır söyüşlər var. Çalışacağıq ən ağır cəza verilsin. Həm yüksək məbləğ təzminat ödəməsi, həm də üzr istəməsi tələb olunacaq. Eyni zamanda həbs də nəzərdə tutulub. 3 il müddətində azadlıqdan məhrum edilə bilər. Sübutumuz lazımi qədər var. Burada tək Məhəbbət Həsənovun yox, vətəndaşların da hüququ pozulub. İnsanlar bu cür qeyri-etik ifadələri oxuyub”.

A.Məmmədov Nazəninin qalib gəldiyi məhkəmə prosesindən də söz açıb: “Bu məhkəmə prosesi tam bitmiş sayılmır. Çünki Təranə Qumralın Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ var. Bu iş Ali Məhkəməyə qədər gedib çata bilər”.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşmış və bu sözləri yazmışdı: “Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.

Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı: "Ailəli kişi ilə nikahdasan. Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".

Xatırladaq ki, tərəflər arasında məhkəməm prosesi yekunlaşıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.

OXŞAR XƏBƏRLƏR