Növbəti erməni oğurluğu - Təndir bizimdir...

Növbəti erməni oğurluğu -  Təndir bizimdir...

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində təndirin ermənilər tərəfindən özününküləşdirmələri barədə informasiyalar yayılıb. Azərbaycan Müəllif Hüquqları Agentliyi bu məlumatları şərh edib. 

Sfera.az qurumun saytına istinadən məlumatına görə, qurumun şərhində deyilir ki, azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş “tonir” variantı da buradan yaranmışdır) bişirirlər. Təsadüfi deyil ki, ən qədim təndir Azərbaycan ərazisində tapılıb. Azərbaycanda təndirin “Çala”, “Doyma”, “Şirəli”, “Qoyma”, “Kürə” və digər növləri var. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir. Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır.

Bu xüsusi gil sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən istifadə edilərkən “dəm qazı” əmələ gəlir. Elə “təndir” sözü də Azərbaycan dilində “dəm qazı” mənasını bildirir. Təndirdən istifadə edən xalqlar, bütün təndirlərin, o cümlədən erməni redaksiyasında verilən “tonir”lərin hava çəkən yeri - “külfə”si var. 

O, Azərbaycan dilində “kül üfürən” deməkdir. Bəllidir ki, “lavaş” çörəyi türk sözü “aş”dan yaranıb. Onun ən nazik növünü isə azərbaycanlılar “yuxa”, yaxud “yayma” kimi adlandırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və onlar ermənilər tərəfindən mənimsənilib.

Qeyd olunur ki, təndirlə bağlı Azərbaycan folklorunda əmək nəğmələri var. Belə nəğmələrdən biri təndirbaşı adlanır. Təndirbaşı təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzi bölgələrdə təndirbaşı mərasim, şənlik şəklində olur. Qərb rayonlarında yaşlı qadınların keçirdikləri axşam məclisi təndirbaşı, yaxud təndirbaşında adlanır. Təndirbaşıların bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş bişirilərkən mahnı ilə müşahidə olunur.

Ermənistanın məşhur mədəniyyət xadimləri hələ XIX əsrdə öz əsərlərində Azərbaycan folkloru nümunələrindən geniş istifadə edirdilər. X.Abovyan, N.Nalbandyan, Q.Ağayan, P.Proşyan, R.Patkanyan, Q.Sundukyan və başqaları onların sırasındadır. 

Konkret misal gətirək. X.Abovyanın yalnız “Ermənistanın yaraları” və “Ağasının nəğməsi” adlı iki əsərində istifadə olunmuş söz nümunələri əsasında Q.Qasparyan tərəfindən lüğət tərtib və nəşr edilib. Həmin lüğətdə dilimizdən alınmış ifadələr “dialekt” adlandırılıb (Q.Qasparyan, Əsərləri, c. IV, Yerevan, EA-nın nəşriyyatı, 1947, erməni dilində). Hələ türkcədən birbaşa köçürülən atalar sözlərindən danışmadan X.Abovyanın “Ermənistanın yaraları” romanında “təndir” sözü ilə yanaşı, “plov”, “çalma”, “qarapapax”, “xurcun”, və s. kimi Azərbaycan sözlərini işlədib.

Beləliklə, təndirin Azərbaycanda və azərbaycanlılar yaşayan tarixi məkanlarda geniş istifadəsi ilə yanaşı təndir sözü Azərbaycan sözüdür, türk etimologiyasına malikdir və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...