Əsgərlərimiz Ermənistanda partlayış törətdi - Erməni mediasından sensasion iddia

Əsgərlərimiz Ermənistanda partlayış törətdi -  Erməni mediasından sensasion iddia

Azərbaycan əsgərləri ermənilərin qaz kəmərini partladıblar.

Erməni mətbuatı xəbər yayıb ki, Azərbaycan hərbçiləri iyulun 8-də və 9-da axşam saatlarında Ermənistanın Tavuş rayonunun Çinari kəndi yaxınlığındakı əraziləri atəşə tutması nəticəsində qaz kəməri partlayış baş verib.

Güclü partlayış nəticəsində xəsarət alan olmayıb.

Çinari kənd icmasının rəhbəri Samvel Sadoyanın sözlərinə görə, hazırda bölgədə sakitlikdir, atışma yoxdur.
Qeyd edək ki, erməni silahlı bölmələri son günlər Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı və Qaradağlı kəndlərini güləbaran edir. Azərbaycan əsgərləri qarşı tərəfin cavabını misli ilə verir.

Elə bu səbəbdən də müdafiə naziri general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrimizin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.  /file/articles//file/articles/anspress


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...