Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir

Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir
4 may, 2019-cu il tarixdə Bakıda "Təhsildə uğurlu idarəçilik: Ünsiyyət” mövzusunda beynəlxalq sertifikatlı seminar keçiriləcək. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq beynəlxalq seminar Azərbaycanda Qlobal Karyera İnstitutu və Makedoniyada fəaliyyət göstərən Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq. 
 
Qlobal Karyera İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, seminarda əsas məruzəçi qismində Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem çıxış edəcək. Bundan başqa seminarda təhsil ekspertləri, Azərbaycanda bu sahədə çalışan mütəxəssislər, ali təhsil ocaqlarının nümayəndələri və tələbələrin iştirakı nəzərdə tutulub. Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.
 
Məlumat üçün qeyd edək ki, Qlobal Karyera İnstitutu beynəlxalq səviyyədə bir sıra uğurlara imza ataraq dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir. İnstitut Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dövlət Universitetiolan Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti və digər təhsil ocaqları ilə birlikdə təhsil sahəsində beynəlxalq seminar, konfrans və təcrübə mübadilələri həyata keçirir. Qlobal Karyera İnstitutunun Şimali Kipr Türk Respublikasında,  İstanbulda, Qazaxıstanda, Dubay şəhərində, Ukryana və Bakı şəhərində rəsmi nümayəndəlik mərkəzləri fəaliyyət göstərir. 



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...