"Məşhur olmaq istəyirsənsə, Aygün, Röya kimi soyun" - Dostəliyevaların qalmaqalı səngimir

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva arasında qalmaqal getdikcə daha da böyüyür.

Sfera.az News24.az-a istinadla xəbər verir ki, Ağalar Dostəliyev Axşam.az-a zəng edərək, qızına ünvanladığı məktubu təqdim edib. Onun məktubunu olduğu kimi təqdim edirik:

"Pərvanə, belə də gündəmə gəlmək olar? Sizə deyiblər ki, Nazpəriyə ilişsəniz məşhur olacaqsız?. Belə böhtandansa, Aygün, Röya, Rəqsanə kimi oxumağa səsiniz olmasa da, soyunub məşhur olardın. Anan deyir ki, gəl, arxivi açaq. Get, filarmoniya bağında oxuyan musiqiçilərdən soruş, ananın arxivini deyəcəklər sənə.

Anan kişi toylarında mahnı oxuyurdu, sərxoş olurdu, oynayırdı. Bunu mənə musiqiçilər danışırdı. Rayon toylarına gedən kişi musiqiçilərindən soruş. "Fars mahnısı oxuyan Şəhla" deyiblər ona. Ananın məndə bir şəkli var. 1983-cü ildə onu mənə ananın padruqaları verib, hələ də məndədir. Bu şəkli internetə göndərə bilərdim, qıza yazığım gəlir.

Bir azdan qızın da deyər, babam məni zorlayıb. Bir nəsli necə zorlaya bilərəm? Zorroyam? İlhamə sağ olsaydı, sizə yaxşı titullar verərdi. Yaxşı ki, demədiz, nənəm Lətifəni də zorlayıb. Uşağın olsa, adını "təcavüz" qoyun. Həbsxana, dəlixana sizin üçün yaranıb. Dəlixanada olmasan da, həbsxanada olmusan. Yaxında dəlixanaya da düşərsən.

Şəklimə gəldikdə isə... Bacım Zeynəb yalvardı ki, uşaqları apar bulvara. Orada gördüm ki, ananla sən də gəzirsən. Anan xahiş etdi ki, uşaqlarla şəkil çəkdirim. Mən də çəkdirdim. Həmin orda anan bir rəfiqəsi ilə görüşdü. Qız mənə dedi ki, gözəl oğlansan, bunla gəzib, özünü biabır etmə. Rəfiqəsi ilə saçyolduya çıxdılar. Mən də uşaqları götürüb uzaqlaşdım.

1995-ci il idi... Mən həmişə barda olurdum. Şəhla onda da yanıma gəlirdi. Hətta bir dəfə qardaşını döyməyimi istəyirdi, dedim ki, get işinlə məşğul ol".

Qeyd edək ki, Pərvanə atasının ona 6 yaşında təcavüz etdiyini, bibisi Nazpərinin isə ona bütün kanallarda qadağa qoydurduğunu deyib.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...