Azərbaycanda Səhiyyə Nazirliyi ləğv olunacaq?

Azərbaycanda Səhiyyə Nazirliyi ləğv olunacaq?
"Baş nazirin yeni qərarından sonra "Səhiyyə nazirliyi nəyə lazımdır və ya hansı işləri görəcək” sualının cavabı əslində bütün səhiyyə sahəsində olan adamları da maraqlandırır”.

Bunu "Yeni Sabah”a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Novruz Məmmədovun xəstəxanalarla bağlı son qərarından danışarkən deyib. O bildirib ki, iki qurum arasında ( "TƏBİB” və Səhiyyə nazirliyi) səlahiyyət bölgüsü haqqında heç bir sənədə rast gəlinmir:
"Bu prosesi izləyirəm və publik hüquq şəxs nələri etməlidir, Səhiyyə Nazirliyi hansı işləri görəcək kimi suallara cavab verməyə çətinlik çəkirəm. Çünki qurumlar arasında dediyim kimi səlahiyyət bölgüsü müəyyən edilməyib. Ona görə də rəsmi olaraq hansısa sənəd bəlli olsa, o zaman nəyəsə şərh vermək mümkün olacaq. 

İndiki vəziyyətdə bunu etmək çox çətindir. Dünənki çap olunmuş siyahıdan belə aydın olur ki, əksər xəstəxanalar nazirliyin tabeçiliyindən çıxarılsa da, bəziləri məlum olmayan bölgü prinsipinə əsasən, Səhiyyə Nazirliyinin balansında saxlanılıb. Məsələn, Milli Onkologiya Mərkəzi, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi. . Bu üç nəhəng xəstəxanalar nəyəsə görə, başa düşülməyən səbəbdən nazirliyin səlahiyyətində saxlanılıb. Bu özü də bütövlükdə tibbi sığortanın tətbiqi məsələsinin gedişatı ilə bağlı müəyyən suallar yaradır”.

Ə.Əliyev Səhiyyə nazirliyi ilə bağlı mövcud narazılıqlardan da söz açıb: "Məgər əhali Energetika Nazirliyinin ya da Təhsil Nazirliyinin fəaliyyətindən razıdır? Bütövlükdə hökumət bərbad vəziyyətdədir. 

Sadəcə əhali sağlamlıqla gündəlik toqquşduğundan, bu istiqamətdə problemlər mövcud olduğundan Səhiyyə Nazirliyi ilə bağlı şikayətlər, narazılıqlar daha çoxdur. Çünki bu, insan taleyinə bağlı olan sahədir. Mən sual edirəm, ölkənin hansı sahəsində mütəxəssislər 200-250 manat maaş alır? Göstərə bilərsiniz, mənə elə bir sahə? Amma Azərbaycan həkimlərinin əksəriyyəti həmin maaşa xidmət edirlər. Necə maaş alırlarsa, o cür də işləyirlər. Xalq hakimiyyətin yaxasından tutub silkələməlidir ki, sən bu həkimə maaş ver, sonra keyfiyyətli tibbi xidmət tələb elə. 200 manata insan yaşayar? Mən hələ həkimdən danışmıram”.

Qeyd edək ki, ötən gün Novruz Məmmədov "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, bu ilin sonunda yüzlərlə xəstəxana nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB-ə veriləcək. Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...