Binəli Yıldırımdan İmamoğlunun vəsiqə almasına ilk reaksiya:\"Gərginliyin gərəksizliyi üzə çıxmışdır...\"

Binəli Yıldırımdan İmamoğlunun vəsiqə almasına ilk reaksiya:\
"İstanbul şəhər Seçki Komissiyası İstanbul bələdiyyəsinin vəsiqəsini cənab İmamoğluna vermişdir. Qərarın xeyirli olmasını arzulayıram”.

Bu sözləri AKP-nin İstanbul bələdiyyəsinə namizədi olmuş Binəli Yıldırım "Twitter” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, vəsiqənin Əkrəm İmamoğluna verilməsinə baxmayaraq, təmsil etdiyi partiya (AKP) hüquqi haqlarını axtarmağa davam edir: "Demokratiya və hüquq öz işini görmüşdür. Böyüyən gərginliyin gərəksizliyi üzə çıxmışdır. Son söz YSK-nındır”.


OXŞAR XƏBƏRLƏR