Sudanın keçmiş prezidenti həbsxanaya salındı

Sudanın keçmiş prezidenti həbsxanaya salındı
 

Sudanın hakimiyyətdən kənarlaşdırılmış prezidenti Ömər əl-Bəşir həbsxanaya salınıb.

 

RİA Novosti-nin məlumatına görə, çərşənbə axşamı gecə saatlarında xüsusi xidmət orqanı əməkdaşları keçmiş prezidenti onun hərbi çevrilişdən bəri qaldığı (ev dustaqlığı – red.) qonaq evindən çıxararaq Xartum yaxınlığında yerləşən Kober cəzaçəkmə müəssisəsinə köçürüb.

 

Məlumata görə, prezidentlə yanaşı, onun 11 yaxın silahdaşı və sudanlı yüksək vəzifəli dövlət məmuru haqqında da həbs-qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi olub. Hərbçilər Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdıraraq, dövlətə nəzarəti ələ keçiriblər.


OXŞAR XƏBƏRLƏR