Həbsxanadakı tələbə təhsilini niyə davam etdirə bilmir? – Ekspert rəyi

Həbsxanadakı tələbə təhsilini niyə davam etdirə bilmir? – Ekspert rəyi
 

"Həbsdə olan şəxslərin cəzaçəkmə müddətdə ali təhsil almaları üçün ölkəmizdə hüquqi və maddi-texniki baza yox dərəcəsindədir”


Sfera.az-a açıqlamasında bunu Azərbaycanda qapalı müəssisələrdə cəza çəkən insanların həmin müddətdə təhsil almalarına nədən şərait yaradılmamasına münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü deyib.


Halbuki, həmsöhbətimizin də vurğuladığı kimi, hüquq buna imkan verir: "Hüquqi baxımdan qanun imkan verir ki, həbsdə olan müddətdə vətəndaş istər orta təhsilini davam etdirsin, istərsə də ali təhsil alsın. Həbsdən çıxan tələbə gənclər də təhsilini davam etdirmək hüququna malikdir. Universitetlər onu bərpa etmirsə, hüquqi müstəvidə məhkəmə yolu ilə məsələni həll etmək mümkündür.

 

Ancaq məsələ ondadır ki, həbs edilən şəxslərin bu müddət ərzində ali təhsil almalarına hüquq imkan versə də, ölkəmizdə bunun üçün maddi-texniki baza yox dərəcəsindədir. Dünyada distant təhsil deyilən anlayış var. Ölkəmizdə isə bu forma hələlik praktikada mövcud deyil. Baxmayaraq ki, universitetlərlə bağlı qanunda distant təhsilə icazə verilir. Ancaq bu işi həyata keçirmək üçün hələlik nə hüquqi, nə də maddi-texniki baza vardır. Hətta rayonlarda yaşayan insanlarımız belə distant təhsildən yararlana bilmir. Bu baxımdan da digər ölkələrdə olduğundan fərqli olaraq, Azərbaycanda həbsdə olarkən təhsili davam etdirmək qeyri-mümkündür. Yalnız həbsdən çıxandan sonra bu mümkündür, bu zaman hüquq baxımdan heç bir qadağa yoxdur. Həbsxanalarda cəza çəkənlərin bu müddətdə ali təhsil almaları üçün distant təhsilin nədən tətbiq edilmədiyini deməkdə çətinlik çəkirəm. Halbuki ölkəmizdə elə universitetlər var ki, onların maddi-texniki bazası distant təhsilin həyata keçməsinə imkan verir. Bu universitetlər də dəfələrlə Təhsil Nazirliyinə müraciət etmələrinə baxmayaraq, qurum nə "hə”, nə də "yox” deməməklə məsələni bloklayır, cavablandırmır. Nə səbəbdən belə etdiklərini isə söyləyə bilmərəm. Məlum deyil, dünya praktikasında geniş yayılan bu praktikadan nədən yararlanmaq istəmirlər. Azərbaycanda həbsxanalarda 15-16 yaşlı yeniyetmələr üçün orta məktəblər fəaliyyət göstərir. Onlar burada orta təhsili davam etdirirlər”.


Qeyd edək ki, əksər ölkələrdə həbsdə olaraq cəza çəkən insanlar həmin müddət ərzində ali təhsil almaq hüququna malikdirlər və bir çox məhbuslar bu hüquqdan yararlanırlar. Azərbaycana gəldikdə isə, qanunda buna heç bir qadağa yoxdur. Ancaq nədənsə, məhkumların ali təhsil alması praktikası ölkəmizdə yox dərəcəsindədir. Ümumiyyətlə, distant təhsildən istifadə olunmur. Onu da vurğulayaq ki, hazırda Azərbaycan həbsxanalarında 121 tələbə cəza çəkir.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...